Yandex.Metrica saytınızın trafikini ölçən, istifadəçilərin davranışını və reklam effektivliyini analiz edən alətdir. Onu quraşdırmaq heç də çətin deyil. Yandex-dən əldə etdiyiniz kodu saytın şablonlarına köçürürsünüz, vəssalam. Lakin, bəzən elə olur ki, siz saytın şablonunu dəyişirsiniz və metrikanın kodunu yeni şablona köçürmək yadınızdan çıxır. Məhz bu zaman köməyinizə bu plaqin gəlir.